Idealand Agency olaraq 2010-cu ildən veb-saytların, internet-mağazalar, intranet sistemlər, digər portalların və mobil tətbiqlərin hazırlanması ilə məşğuluq. Müştərilərimizdən Azərbaycanın ilk və ən böyük onlayn mağazası olan Megamart.az, AzInTelekom, Azərmaş, Milla, Nikoil Bank kimi yerli şirkətlərlə yanaşı, Chevrolet, Isuzu kimi qlobal şirkətlərin də adlarını sadalaya bilərik.
Partnyorumuz olan Newline reklam şirkəti üçün hazırladığımız veb-saytı təqdim edirik. Yeni və müasir tələblərə cavab verən saytda şirkətin portfeli və göstərdikləri xidmətlər barədə ətraflı məlumatlar yer alıb.
Vegas Optics üçün hazırladığımız internet mağazada modellər haqqında geniş məlumat almaq imkanı yaratdıq. Bununla yanaşı saytda istənilən məhsulu birbaşa sifariş edib çatdırılma xidmətindən faydalanana biləcəksiniz.
Hakan Foods şirkətinə məxsus olan Kral ət və ət məhsullarının yeni veb-saytını hazırladıq. Saytda məhsulların kataloqu, o cümlədən, hazırlanma texnikası və standartları haqqında məlumatlar yerləşdirilib.
Qafqaz Park şirkətinin korporativ saytını hazırladıq. Bu saytda informativ xarakterli məlumatlar, parka qoşulmaq üçün şərtlər və digər zəruri məlumatlar da yer alıb.
Memarlığımızın və tariximizin nadir incisi olan İçərişəhər Qoruğu üçün adına layiq sayt hazırladıq. Sayta qoruq haqqında maraqlı məlumat, faktlar və virtual turla yanaşı turistlər üçün bələdçi tətbiqini da əlavə etmişik.
Yerli brend mebel brendi olan Palitra Mebel veb-saytının hazırlanmasını bizə etibar etdi. Saytda zavodun istehsal etdiyi yüksək keyfiyyətli lyuks mebellerin kataloqu yer alıb.
Müasir tələblərə cavab verən istənilən miqyasda korporativ veb-saytlar, internet-mağazalar, intranet sistemlər və müxtəlif portallar hazırlayırıq.
Biz rahat və sürətli krosplatforma mobil tətbiqlər hazırlayırıq. Beləliklə, siz iOS və Android üçün ayrılıqda sifariş vermədən büdcənizə qənaət etmiş olursunuz.
Korporativ üslubu hazırlayarkən ən optimal həll yolunu tapmaq üçün biznesinizi hərtərəfli araşdırıb təhlil edirik. Asan qəbul olunan və intuitiv məhsullar məhz belə yaradılır.
Layihəni təhvil verdikdən sonra müştərilərimizə texniki dəstək xidməti təklif edirik. Həmçinin digər studiyalar tərəfindən hazırlanmış layihələrə də xidmət göstəririk.