Studiyamız 2010-cu ildən veb-saytların, internet-mağazalar, intranet sistemlər və mobil tətbiqlərin hazırlanması ilə yanaşı digər rəqamsal xidmətlər göstərməklə də məşğuldur. Müştərilərimizdən Azərbaycanın ilk və ən böyük onlayn mağazası olan Megamart.az, AzInTelekom, Azərmaş, Milla, Nikoil Bank kimi yerli şirkətlərlə yanaşı, Chevrolet və Isuzu kimi qlobal şirkətlərin də adlarını sadalaya bilərik.
Mediland Hostpital hazırladığımız veb-saytda pasientlər üçün geniş imkanlar yaratdıq. Elektron xidmətlər bölməsində onlayn randevuya yazılmaq, həkimə sual vermək, habelə laboratoriyanın nəticələrinə baxmaq mümkündür.
Növbəti layihələrimizdən olan Chevrolet Azərbaycan saytını təqdim edirik. Məqsəd Chevrolet brendinin korporativ stilinə tam uyğun olan veb-sayt hazırlamaq idi. İşimizin öhdəsindən tam gəldiyimizdən əminik.
Bulud xidmətləri göstərən AzİnTelekom şirkəti üçün buludlu, möhtəşəm və dinamik sayt hazırlamışıq. Şirkət haqqında ətraflı məlumatlardan əlavə keçirilən tədbirlər haqda informasiyaları da saytdan əldə edə bilərsiniz.
1988-ci ildən fəaliyyətə başlayan Bakı Matrionet Teatrının veb-saytını hazırmaq bizi məmnun etdi. Teatrın saytında tamaşaların təqvimi ilə tanış olmaq və onlayn bilet əldə etmək imkanı yaratmışıq.
Azərbaycanla yanaşı ABŞ-da, Böyük Britaniyada və Türkiyədə fəaliyyət göstərən Glass Construction şirkəti veb-saytının hazırlanmasını bizə həvalə etdi. Eksklüziv məshullarla və gözoxşayan layihələrlə əhatə olunmuş veb-sayt istifadəyə verildi.
Qiymətləndirmə şirkəti olan Rec İnvest üçün yeni veb-sayt hazırladıq. Saytda şirkət haqqında və göstərdikləri qiymətləndirmə xidməti barədə ətraflı məlumatlar yerləşdirilib.
Maxel məişət avadanlıqları şirkəti üçün sayt hazırladıq. Sadə və rahat dizaynlı sayt, məhsul kateqoriyalarını, xüsusiyyətlərini və qiymətləri asanlıqla tapmağa kömək edir.
Növbəti təhvil verdiyimiz layihə Azərbaycanın tibb sahəsində qabaqcıl şirkətlərdən biri olan Azmedikal şirkətinin veb-saytı oldu. Saytda tibbi avadanlıqların və testlərin geniş kataloqu yer alıb.
Müasir tələblərə cavab verən istənilən miqyasda korporativ veb-saytlar, internet-mağazalar, intranet sistemlər və müxtəlif portallar hazırlayırıq.
Biz rahat və sürətli krosplatforma mobil tətbiqlər hazırlayırıq. Beləliklə, siz iOS və Android üçün ayrılıqda sifariş vermədən büdcənizə qənaət etmiş olursunuz.
Korporativ üslubu hazırlayarkən ən optimal həll yolunu tapmaq üçün biznesinizi hərtərəfli araşdırıb təhlil edirik. Asan qəbul olunan və intuitiv məhsullar məhz belə yaradılır.
Layihəni təhvil verdikdən sonra müştərilərimizə texniki dəstək xidməti təklif edirik. Həmçinin digər studiyalar tərəfindən hazırlanmış layihələrə də xidmət göstəririk.