Haqqımızda

Idealand Agency olaraq 2010-cu ildən veb-saytların, internet-mağazalar, intranet sistemlər, digər portalların və mobil tətbiqlərin hazırlanması ilə məşğuluq. Müştərilərimizdən Azərbaycanın ilk və ən böyük onlayn mağazası olan Megamart.az, AzInTelekom, Azərmaş, Milla, Nikoil Bank kimi yerli şirkətlərlə yanaşı, Chevrolet, Isuzu kimi qlobal şirkətlərin də adlarını sadalaya bilərik.

Bizim əsas dəyərlərimizdən biri təcrübəli və peşəkar komandamızdır. Komanda olaraq daima zamanla ayaqlaşır, yeni texnologiyaları analiz edir, müştərilərimizə daha yüksək keyfiyyətli və müasir tələblərə cavab verən məhsullar təklif edirik.

Studiyamızda hazırlanan saytların müştərilimizi rəqiblərdən fərqləndirməsi onların biznesini daha çox inkişaf etməsinin əsas amillərindəndir. Yeni müştəri ilə əməkdaşlığa başlayan zaman biz həmişə rəqibləri təhlil edir, sonra isə layihənin təhvil verilməsindən, texniki dəstəyinə və gələcək inkişafına qədər bütün prosesi öz öhdəmizə götürürük.

Biz perfektsionistik və gördüyümüz işin nəticəsi bizim üçün son dərəcə vacibdir. Bizdən layihə sifariş edərkən əmin ola bilərsiniz ki, hətta ən mürəkkəb ideyayalarınız belə gerçəkləşəcək və müştərilərinizlə qarşılıqlı əlaqəniz ən yüksək səviyyədə olacaq: sürətli yükləmə, intuitiv interfeys və ən əsası, onların tələblərinin effektiv həll yolu.

Əsas məqsədimiz müştərimizi razı salmaq və onun istəklərinə tam cavab verən layihə təqdim etməkdir.

Xidmətlərimiz

  • Veb-saytların
    hazırlanması

    Müasir tələblərə cavab verən istənilən miqyasda korporativ veb-saytlar, internet-mağazalar, intranet sistemlər və müxtəlif portallar hazırlayırıq.

  • Mobil tətbiqlərin
    hazırlanması

    Biz rahat və sürətli krosplatforma mobil tətbiqlər hazırlayırıq. Beləliklə, siz iOS və Android üçün ayrılıqda sifariş vermədən büdcənizə qənaət etmiş olursunuz.

  • Brendinq,
    korporativ üslub

    Korporativ üslubu hazırlayarkən ən optimal həll yolunu tapmaq üçün biznesinizi hərtərəfli araşdırıb təhlil edirik. Asan qəbul olunan və intuitiv məhsullar məhz belə yaradılır.

  • Texniki dəstək
    xidməti

    Layihəni təhvil verdikdən sonra müştərilərimizə texniki dəstək xidməti təklif edirik. Həmçinin digər studiyalar tərəfindən hazırlanmış layihələrə də xidmət göstəririk.