Studiyamız 2010-cu ildən veb-saytların, internet-mağazalar, intranet sistemlər və mobil tətbiqlərin hazırlanması ilə yanaşı digər rəqamsal xidmətlər göstərməklə də məşğuldur. Müştərilərimizdən Azərbaycanın ilk və ən böyük onlayn mağazası olan Megamart.az, AzInTelekom, Azərmaş, Milla, Nikoil Bank kimi yerli şirkətlərlə yanaşı, Chevrolet və Isuzu kimi qlobal şirkətlərin də adlarını sadalaya bilərik.
Mediland Hostpital hazırladığımız veb-saytda pasientlər üçün geniş imkanlar yaratdıq. Elektron xidmətlər bölməsində onlayn randevuya yazılmaq, həkimə sual vermək, habelə laboratoriyanın nəticələrinə baxmaq mümkündür.
Termoklimat havalandırma şirkətinin veb saytını hazırladıq. Sayt, şirkətin peşəkar havalandırma xidmətlərini müştərilərə daha asan və effektiv təqdim etmək üçün müasir dizayn və funksional struktura malikdir.
Qürur hissi ilə deyə bilərik ki, Azərbaycanın ilk və ən böyük internet mağazası olan Megamart.az üçün veb-saytı biz hazırlamışıq. Gündəlik minlərlə istifadəçinin daxil olduğu hipermarket bütün müasir texniki tələblərə cavab verir.
Isuzu şirkətinin Azərbaycandakı distrübutorunun rəsmi veb-saytını hazırladıq. Saytda modellər sırası ilə yanaşı şirkətə aid məlumatlar və xəbərlər əks olunub. Qalereyada isə modellərin foto və videolarını tapa bilərsiniz.
Azərbaycanla yanaşı ABŞ-da, Böyük Britaniyada və Türkiyədə fəaliyyət göstərən Glass Construction şirkəti veb-saytının hazırlanmasını bizə həvalə etdi. Eksklüziv məshullarla və gözoxşayan layihələrlə əhatə olunmuş veb-sayt istifadəyə verildi.
Növbəti layihəmiz olaraq yumşaq polimer qablaşdırma və özüyapışan etiketlərin istehsalı ilə məşğul olan Artpak şirkətinin saytını hazırladıq. Yaratdığımız sayt şirkətin gördüyü işlər kimi rəngarəng alınıb.
Qiymətləndirmə şirkəti olan Rec İnvest üçün yeni veb-sayt hazırladıq. Saytda şirkət haqqında və göstərdikləri qiymətləndirmə xidməti barədə ətraflı məlumatlar yerləşdirilib.
Yeni ildə ilk layihəmiz üzərində uzun müddət çalışdığımız EmbaFinans şirkətinin veb-saytı oldu. Şirkət və məhsullar haqda geniş məlumatlar yerləşdirilmiş saytda həmçinin müştərilər üçün şəxsi kabinet də mövcuddur.
Müasir tələblərə cavab verən istənilən miqyasda korporativ veb-saytlar, internet-mağazalar, intranet sistemlər və müxtəlif portallar hazırlayırıq.
Biz rahat və sürətli krosplatforma mobil tətbiqlər hazırlayırıq. Beləliklə, siz iOS və Android üçün ayrılıqda sifariş vermədən büdcənizə qənaət etmiş olursunuz.
Korporativ üslubu hazırlayarkən ən optimal həll yolunu tapmaq üçün biznesinizi hərtərəfli araşdırıb təhlil edirik. Asan qəbul olunan və intuitiv məhsullar məhz belə yaradılır.
Layihəni təhvil verdikdən sonra müştərilərimizə texniki dəstək xidməti təklif edirik. Həmçinin digər studiyalar tərəfindən hazırlanmış layihələrə də xidmət göstəririk.