Tez-tez verilən suallar

Tez-tez verilən suallar bölməsində axtardığınız sualların cavabını tapa bilərsiniz. Cavab tapa bilmədiyiniz halda bizə yazın.
  • Sizdən qiymət təklifini necə almaq mümkündür?

    Bunun üçün brief formasını doldurmaq kifayət edir. Formanı dolduran zaman bütün vacib məlumatları dəqiq və dolğun şəkildə təqdim etməyinizi xahiş edirik.

  • Şirkətin hüquqi məlumat və bank rekvizitlərini haradan əldə etmək mümkündür?

    "Idealand Agency" MMC şirkətinin hüquqi məlumat və bank rekvizitlərini bu səhifədən əldə edə bilərsiniz.

  • Necə edim ki, Google-da veb-saytım "birinci" çıxsın?

    Əfsuslar olsun ki, qısa bir müddətdə veb-saytınızın Google platformasında birinci səhifədə çıxması yalnız ödənişli reklam sayəsində mümkündür. Bunun ödənişsiz, yəni təbii yolu SEO və reklam istiqamətində kompleks işlərin görülməsidir. Bunun nəticəsində veb-saytınız orqanik yolla axtarış platformalarında ön sıralarda görünə bilər.
    Biz bu işlə məşğuluq? Bəli!

  • SMM xidməti göstərirsiniz?

    Xeyr. Hal-hazırda SMM sahəsi üzrə xidmət göstərmirik. Təklif etdiyimiz xidmətlərlə buradan tanış ola bilərsiniz.

  • Veb-saytı yerləşdirmək üçün hostinq xidmətiniz mövcuddur?

    Bəli. Studiyamızda hazırlanmış veb-saytlar üçün ödənişli hostinq xidməti təklif edirik.

  • Başqa hansı xidmətlərinizdən faydalana bilərik?

    Əsas xidmətlərimizlə yanaşı aşağıda qeyd edilən xidmətlərimizdən də faydalana bilərsiniz:

    • SEO (veb-saytın axtarış sistemlərinə inteqrasiyası) 
    • İnternet mağazaların hazırlanması
    • Onlayn ödəniş inteqrasiyası
    • Mobil tətbiq üçün API servisin hazırlanması
    • Hər-hansı veb-saytda yaranmış problemin aradan qaldırılması
    • Korporativ mail xidməti

    Əlavə hər-hansı bir xidmət ilə maraqlanırsınızsa bizə yaza bilərsiniz.

  • Idealand Agency komandasına necə qoşulmaq olar?

    Komandamıza qoşulmaq üçün resume formasını doldurub müraciətinizi bizə göndərə bilərsiniz.

Sualınıza cavab tapmadınızsa bizə yazın