156/166 şirkəti sürücülərin Android mobil tətbiqinin hazırlanmasında bizə etibar etdi. Hazırladığımız bu tətbiq şirkətin sürücülərinin işini tam avtomatlaşdırması üçün nəzərdə tutulub.
Kənd təsərrüfatı sahəsində aparıcı şirkətlərdən biri olan ID Agropark üçün Android mobil tətbiq hazırladıq. Qarşıya qoyulan əsas məqsəd sahədə görülmüş işlərin asanlıqla qeydə alınması və hesabatların çıxarılması idi.
Yeni ildə ilk layihəmiz üzərində uzun müddət çalışdığımız EmbaFinans şirkətinin veb-saytı oldu. Şirkət və məhsullar haqda geniş məlumatlar yerləşdirilmiş saytda həmçinin müştərilər üçün şəxsi kabinet də mövcuddur.
Növbəti layihələrimizdən olan Chevrolet Azərbaycan saytını təqdim edirik. Məqsəd Chevrolet brendinin korporativ stilinə tam uyğun olan veb-sayt hazırlamaq idi. İşimizin öhdəsindən tam gəldiyimizdən əminik.
Yeni fəaliyyətə başlamış Marmara Medical Center üçün veb-sayt hazırladıq. Saytda bir sıra elektron xidmətlər təklif olunur. Bunlardan onlayn randevuya yazılmaq, həkimə sual vermək, həmçinin laboratoriyanın nəticələrinə baxmaq imkanlarını sadalamaq olar.
Müştərilərin sifarişlərini rahat şəkildə idarə edə bilməsi üçün Cargo.az üçün B2B platforması yaratdıq. Platformada yeni sifarişin yaradılması və hesabatların rahat aparılması üçün bütün zəruri funksionalı nəzərə almışıq.
Qürur hissi ilə deyə bilərik ki, Azərbaycanın ilk və ən böyük internet mağazası olan Megamart.az üçün veb-saytı biz hazırlamışıq. Gündəlik minlərlə istifadəçinin daxil olduğu hipermarket bütün müasir texniki tələblərə cavab verir.
Partnyorumuz olan Newline reklam şirkəti üçün hazırladığımız veb-saytı təqdim edirik. Yeni və müasir tələblərə cavab verən saytda şirkətin portfeli və göstərdikləri xidmətlər barədə ətraflı məlumatlar yer alıb.